Co Bayden Demokratlar Partiyasından prezident seçkilərində namizədliyini Baydenin xeyrinə geri götürmüş Pit Buttijiçi Nəqliyyat naziri vəzifəsinə gətirir.
Teleqraf.com xəbər verir ki, 38 yaşlı Pit Buttijiç Senat tərəfindən təsdiqlənərsə, ABŞ-da ilk gey nazir olacaq.
Bayden Pit Buttijiç haqqında belə deyib: “Ölkənin mərkəzindən gəlmiş bir bələdiyyə başçısı, mütəxəssis, qəlbi zəngin siyasətçi, döyüşçü, Əfqanıstana təyin olunmuş bir kəşfiyyat məmurudur. Köhnə siyasəti aşmaqd qərarlıdır, təzə fikirlərlə gələn yeni bir səsdir...”