ABŞ Milli Kəşfiyyat İdarəsi (ODNI) seçkilərə qarşı xarici təhdid qiymətləndirməsini təyin olunmuş tarixdə açıqlanmayacağını, noyabrın 3-də keçirilmiş prezident seçkilərinə xarici müdaxilə ilə bağlı yeni kəşfiyyat məlumatlarının gəlməyə davam etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın seçki manipulyasiyası ilə bağlı kampaniyanı davam etdirdiyi bir vaxtda seçkilərə xarici təhlükə ilə əlaqədar açıqlama Amerika kəşfiyyatının ən yüksək orqanı olan ODNI-dən gəlib.
ODNI-nin Strateji Kommunikasiya İdarəsinin direktoru Amanda Skoç bildirib ki, prezident seçkilərinə xarici müdaxilə ilə bağlı qiymətləndirmə hesabatını dekabrın 18-dək açıqlamaq mümkün olmayacaq.
Onun sözlərinə görə, təşkilat aldığı yeni kəşfiyyat məlumatları ilə əlaqədar qiymətləndirməni tamamlaya bilməyib.
O, alınan məlumatların təfərrüatlarını açıqlamasa da, bunun Vaşinqtonda mübahisələrə səbəb olacağı gözlənilir.
Noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərindən əvvəl Rusiya başda olmaqla, bir çox xarici dövlətlərin seçkilərin nəticələrinə təsir etmək üçün kiber cəhdlər etdikləri açıqlanmışdı.
Seçkilərdə demokrat namizəd Co Baydenin qələbəsi elan olunsa da, Tramp təkidlə nəticələrin rəqibinin lehinə saxtalaşdırıldığını iddia edir.
2016-cı ilin Rusiyanın prezident seçkilərinə Trampın lehinə müdaxilə etdiyi iddia olunmuşdu. Lakin aparılan araşdırmalarda iddialar sübuta yetirilmədi.