17 Dekabr 2020 15:15
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin kürəkəni və qızından bəhs edildiyi iddia olunan Kirill Şamalovun istintaqını şərh edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə illik mətbuat konfransında danışıb.

Putin ailəsi ilə bağlı mətbuatda yayımlanan araşdırmalara belə cavab verib:

“Sevdiklərimə gəldikdə, onlar haqqında olan materialları oxumaq mümkün deyil. Əlbəttə baxdım, amma elə tərtib edilib ki, sona qədər oxumadım. Hər yerə yazırlar “prezidentin kürəkəni, prezidentin kürəkəni”. Yalnız axırda “keçmiş kürəkən” olduğunu açıqladılar”.

Vladimir Putin keçmiş kürəkəni ilə bağlı materiallarda adının hallanmasının informasiya savaşı olduğunu bildirib.

O, belə nəşrdə məqsədin qisas və Rusiya ictimai fikrinə təsir etmək cəhdi olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər