17 Dekabr 2020 15:30
5 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin “RTVI” telekanalının nümayəndəsi Sergey Şnurovun 2016-cı ildə ABŞ-ın hazırkı Prezidenti Donald Trampın seçkilərdə qalib gəlməsinə kömək etdiyi və bu il keçirilən seçkilərdə rus hakerlərin Trampın qələbəsini təmin edə bilmədiyi ilə bağlı jurnalistin sualına cavab verib.

Teleqraf.com xəbər verir ki, illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Rusiya lideri rus hakerlər barədə sualı “təxribat” adlandırıb.

“Bu sual deyil, bu bir təxribatdır, rus hakerlər ABŞ-ın daxili işlərinə qarışmayıblar və Trampın seçilməsinə kömək etməyiblər”, - Putin qeyd edib.

Onun sözlərinə görə, bu cür fikirlər hazırki Amerika liderinin legitimliyini şübhə altında qoymaqla yanaşı, Rusiya və ABŞ arasındakı münasibətləri korlamaq məqsədi daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər