İtaliya Baş naziri Cüzeppe Konte Liviyadakı qiyamçı qüvvələrin lideri general Xəlifə Haftarla görüşüb.
Teleqraf.com xəbər verir ki, İtaliya Xarici işlər naziri Luici Di Mayonun da iştirak etdiyi görüşdə Liviyadakı böhran və siyasi dialoq prosesi müzakirə edilib.
Haftarın mətbuat xidmətindən verilən açıqlamada İtaliya hökumətinin prosesdəki rolu və Liviya böhranının həllinə verdiyi dəstək yüksək qiymətləndirilib.
Görüşdə Haftar qüvvələri tərəfindən saxlanılan italyan balıqçıların azad edilməsi barədə anlaşma əldə olunub. Artıq iki gəminin heyəti ilə birlikdə sərbəst buraxıldığı açıqlanıb.
Konte və Di Mayo bu gün səhər erkən saatlarda gözlənilmədən Haftar qüvvələrinin 108 gündür saxladığı italyan balıqçıları xilas etmək üçün Liviyanın ikinci ən böyük şəhəri Binqaziyə səfər edib.
İtaliyanın iki balıqçı gəmisi – “Antartide” və “Medinea” sentyabrın ayının əvvəllərində Liviya sahillərindən 35 mil aralıda saxlanılmışdı.