Rusiya Federasiyasından humanitar yük daşıyan 15 yük maşını Dağlıq Qarabağa gəlib.
Teleqraf.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Qarabağ erməniləri üçün nəzərdə tutulan humanitar yardımı bölgəyə çatdırdığı bildirilib.
15 yük maşını Xankəndi, Ağdərə, Xocavənd və Əsgərana çatdırılıb.
Humanitar yardımın elektrik və yanğınsöndürmə avadanlıqları, tikinti materialları və ev əşyalarından ibarət olduğu deyilib.
Separatçılara çatdırılan yükün həcmi 80 tondur.