Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin internetdən istifadə etdiyini, ancaq smartfon tipli telefonunun olmadığını söyləyib.
Teleqraf.com xəbər verir ki, D.Peskov bunu “Komsomolskaya Pravda” radiosunun efirində bildirib.
D.Peskov aparıcının V.Putinin internetdən istifadə edib-etmədiyi barədə sualına müsbət cavab verib.
“Ancaq onun smatfonu yoxdur”, – deyə Peskov əlavə edib.