21 Oktyabr 2014 11:29
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Fransanın Total” neft şirkətinin prezidenti Kristof de Marjerinin də həlak olduğu təyyarə qəzasının səbəbləri ilə bağlı araşdırmanın ilkin nəticələri açıqlanıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, ekspertlər hadisə zamanı qar təmizləyən maşının sürücüsünün sərxoş olduğunu açıqlayıblar. Bu barədə Rusiya istintaq komissiyasının rəhbəri Vladimir Markin bildirib: “İstintaq zamanı sürücünü sərxoş olduğu müəyyən olub. Bundan əlavə, araşdırmalar zamanı aeroportun bir sıra işçilərinin cinayət məsuliyyətinə cəlb ediləcəyi də istisna edilmir”.

Xatırladaq ki, Moskvanın “Vnukovo” aeroportunda gecə saatlarında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3-ü ekipaj üzvü, bir sərnişin və bir sürücü olmaqla 5 nəfər ölüb.

Samir


Müəllif:

Oxşar xəbərlər