19 Dekabr 2020 15:33
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada son sutkada koronavirus (COVID-19) epidemiyasına yeni yoluxanların sayı 15 min 674, ümumi xəstəlik sayı 2 milyon 442 min 990-a çatıb.

Teleqraf.com xəbər verir ki, Fransa Səhiyyə Nazirliyinin açıqlamasında ölkədə yoluxmaların və ölüm hallarının sürətlə artdığı bildirilir.

Son 24 saat ərzində COVID-19-dan 292 nəfərin öldüyü ölkədə ümumi itki sayı 60 min 229-a çatıb.

1157 nəfəri reanimasiyada olmaqla ümumilikdə 8830 nəfər ölkənin xəstəxanalarında müalicələrini davam etdirir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər