19 Dekabr 2020 11:34
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çili Prezidenti Sebastian Pinera ictimai yerdə maskasız gəzdiyi üçün cərimələnib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çili Daxili İşlər Nazirliyi məlumat yayıb.

COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş sərt krantin rejimini pozaraq, ictimai yerlərdə maskasız gəzən prezidentin 3500 dollar (2 551000 Çili pesosu) cərimələndiyi bildirilib.

Çili mediası artıq Pineranın pul cəzasını ödədiyini yazıb. Bu ayın əvvəlində Pineranın çimərlikdə maskasız çəkilmiş fotoları sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilmişdi.

Pinera ictimai yerdə maskasız gəzdiyi üçün xalqdan üzr istəmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər