Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında video-konfrans formatında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Avropa Birliyi-Türkiyə münasibətləri də müzakirə olunub.
Prezident Ərdoğan Türkiyənin AB ilə münasibətlərdə yeni bir səhifə açmaq istədiyini bildirərək, Türkiyə-AB əlqələrinə verdiyi müsbət töhfələrə görə Almaniya Kansleri Merkelə təşəkkür edib.
Türkiyə lideri AB-nin ölkəsi ilə münasibətlərinə və bu əlaqələrdə yaranan yeni fürsətlərə zərər vermək istəyən qüvvələrin olduğuna da diqqət çəkib.
Ərdoğan Türkiyənin Yunanıstanla dialoqu bərpa etməyə hazır olduğunu bildirməsinə baxmayaraq Afinanın yeni bəhanələrlə görüşdən qaçdığını, Türkiyənin Aralıq dənizinin şərqi məsələsində xoşniyyətli növqe sərgiləməyə davam etdiyini vurğulayıb.