19 Dekabr 2020 14:18
1 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkilərində qalib gələn Co Bayden komandası Müdafiə Nazirliyinin (Pentaqon) Milad tətili səbəbiylə keçid fəaliyyətinin təxirə salındığına dair açıqlamasının əksinə olaraq, qarşılıqlı razılaşmanın olmadığını və və işi davam etdirmək istədiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Müdafiə nazirinin səlahiyyətlərini icra edən Kris Miller təhvil-təslim işlərinin bayram tətilindən sonra davam edəcəyini açıqlayıb.

“Qarşılıqlı olaraq anlaşdıq, keçid işlərini Milad tətilindən sonra yenidən təyin etdiyimiz tarixlərdə davam etdirəcəyik”, - Miller qeyd edib.

O, Pentaqonun keçid prosesi ilə bağlı şəffaf və açıq fəaliyyət göstərdiyini söyləyib.

Miller ilin əvvəlində Bayden komandasının 40 səlahiyyətli nümayəndəsi ilə 20 görüş planlaşdırdıqlarını açıqlayıb.

Buna cavab olaraq, Baydenin keçid komandasının sözçüsü İohan Abram Millerin açıqlamasını təkzib edib: “Açıq desək, bayram tətili ilə bağlı qarşılıqlı razılaşma yoxdur. Əslində, bu müddətdə brifinqlər keçirmək və digər işlərə davam etməyimiz vacibdir, çünki boş yerə vaxt sərf etmək istəmirik”.

Amerika mediasında gecikmənin tətildən çox, federal qurumları hədəf alan kiber hücumlarla əlaqəli olduğu iddiaları var.

Prezident Donald Trampın bu yaxınlarda müdafiə naziri Mark Esper də daxil olmaqla bir çox yüksək vəzifəli şəxsi istefaya göndərməsi Pentaqonun yeni hökumətə ötürülməsini qəsdən təxirə salmaq istəyi ilə izah edilir.


Müəllif: Mənsur Rəğbətoğlu