19 Dekabr 2020 18:42
4 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Rusiyada iki konsulluğunu bağlamaq niyyəti barədə Konqresi xəbərdar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Agentliyin əldə etdiyi məlumata görə, ABŞ hökuməti Rusiyanın Vladivostok şəhərindəki konsulluğunun tamamilə bağlanması və Yekaterinburq şəhərindəki konsulluğunun fəaliyyətinin müvəqqəti dayandırılması tələbi ilə dekabrın 10-da Konqresi xəbərdar edib.

ABŞ-ın bu bu addımı Rusiya hökumətinin 2017-ci ildə ölkədəki Amerika diplomatlarının sayını azaltmaq istəyi ilə atılacaq.

ABŞ-ın Rusiyadakı yeganə diplomatik nümayəndəliyi Moskvadakı səfirliyi olacaq. Lakin konsulluqların nə vaxt bağlanılacağı olduğu bildirilməyib.

Rusiya ABŞ-ın Sietldəki konsulluğunun 2018-ci ildə bağlanması əmrindən sonra Amerikanın Sankt-Peterburqdakı konsulluğunu qapatmaq barədə qərar qəbul etmişdi.

ABŞ-ın Yekaterinburq və Vladivostok konsulluqlarında cəmi 33 nəfər çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər