ABŞ prezidenti Barak Obamanın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə Kobanidəki kürd döyüşçülərinə kömək niyyətini açıqca bildirib.
Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Erik Şults bildirib. Onun sözlərinə görə, Obama bu məsələdə israrlıdır.
Şults ABŞ və Türkiyənin “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının məhv edilməsində, Suriyada siyasi rejimin devrilməsində və İraqda sabitliyin bərpa edilməsində ortaq fikirlərə malik olduğunu qeyd edib.
O bildirib ki, ABŞ Kobanidəki vəziyyəti yaxşılaşdırmaq üçün Türkiyə və Kürd Regional rəhbərliyi ilə əməkdaşlığını davam etdirəcək.
Samir