20 Dekabr 2020 15:53
2 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ilk milli və yerli hava hücumundan müdafiə raket sistemi olan "Hisar A +" 2021-ci ildə Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olacaq.

Teleqraf.com xəbər verir ki, Türkiyə ABŞ-ın sanksiya qərarından sonra yerli və milli hava hücumundan müdafiə sistemi ilə əlaqədar işi sürətləndirib.

Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi altında ASELSAN və ROKETSAN-ın həyata keçirdiyi "Hisar Hava Müdafiə Qrupu Layihəsi" üç fərqli sistemlə inventarda yer alacaq.

Raket sistemi eyni vaxtda 6 hədəfə atəş açmaq və məhv etmək qabiliyyətinə malikdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər