İsrailin koronavirus üzrə hökumət komissiyası Böyük Britaniyadan, Danimarkadan və Cənubi Afrika Respublikasından İsrailə uçuşlar üçün hava məkanını bağlamaq barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə özünün Tvitter hesabında İsrailin Baş naziri Benyamin Netanyahu yazıb.
"Bu gün biz çətin bir qərar verdik. Böyük Britaniyadan, Danimarkadan və Cənubi Afrikadan İsrailə bütün uçuşlar üçün hava məkanını bağladıq. Bu ölkələr koronavirusub yeni mutasiyasının mövcud olduğu ölkələrdir. Lazım gələrsə başqa ölkələr də siyahıya əlavə ediləcək", - Netanyahu qeyd edib.