Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülən qismən iflic olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hüriyyət” qəzeti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, həkimlər koronavirusdan sağalan FETÖ liderində iflicin əlamətlərini aşkarlayıblar:
“Əldə etdiyimiz məlumatlar Gülənin koronavirusdan sağalması ilə bağlıdır. Lakin şəkər, təzyiq kimi xroniki xəstəlikləri ilə yanaşı, ürəyindən əməliyyat olunan və stent taxılan FETÖ liderinin ürək ritminin pozulduğu bildirilib. Həkimləri sağ və sol ayağının qismən iflic olduğunu deyiblər”.