22 Dekabr 2020 10:07
4 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın neft naziri Bijən Nəmdar Zəngənə Rusiya ilə neft və təbii qaz sahəsində texnoloji əməkdaşlıq üçün razılaşdıqlarını söyləyib.

Teleqraf.com xəbər verir ki, Zəngənə Moskvada Rusiya baş nazirinin müavini Aleksandr Novak və energetika naziri Nikolay Şulqinovla görüşüb.

O, Rusiya rəsmiləri ilə dünya neft bazarının sabitləşməsi üçün fikir mübadiləsi apardıqlarını deyib:

“Rusiya hakimiyyəti ilə görüşümüzdə neft və təbii qaz sahəsində texnoloji əməkdaşlıq məsələsində razılığa gəldik. Rusiya son illərdə dünyanın neft bazarının sabitləşməsində həlledici rol oynayır”.

Nazir rus rəsmiləri ilə OPEK və bu qurumdan kənarda əməkdaşlıq məsələlərində danışıqlar apardıqlarını və bunlarla bağlı mövqelərinin bir-birinə yaxın olduğunu söyləyib.

Əlavə edək ki, ABŞ İranın neft-qaz sektoruna sanksiyalar tətbiq edir. Bu sanksiyalar sözügedən sahələrdə İranla əməkdaşlıq edən ölkələrə də aiddir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər