23 Dekabr 2020 12:18
2 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

09:05

İngiltərənin Oksford Universitetinin elm adamı Nayəf əl-Rodxan dünya üçün yaxın 20 ildə ən böyük risklərin bioloji təhlükə, kiber təhdid və kosmik qarşıdurmaların olacağını bildirib.

Teleqraf.com xəbər verir ki, dünyanın müxtəlif transformasiya texnologiyalarının misilsiz inkişafı ilə getdikcə bir-birinə bağlı və asılı vəziyyətə düşdüyünə diqqət çəkən elm adamı bunun faydaları ilə yanaşı əhəmiyyətli risklər də daşıdığını deyib.

2040-cı ilədək dünyanın üzləşə biləcəyi risklərin bioloji təhlükə, kiber təhdid və kosmik qarşıdurmalar olduğuna diqqət çəkən əl-Rodxan beynəlxalq ictimaiyyəti mümkün risklərə qarşı əməkdaşlıq etməyə çağırıb.

Yeni dünya düzəninin banisi: Çin

Dünyanın ən böyük radio teleskopunu, ən sürətli dəmir yolu şəbəkəsini quran, kosmosa ilk kvant rabitə peykini göndərən, sürətlə kvant internetinin qurulmasına doğru irəliləyən, klonlaşdırma, embrion və kök hüceyrə, virus araşdırmaları ilə Qərbi sürətlə geridə qoyur.

Gələcəyin “imperiya gücü” olmaq yolunda möhkəm addımlar atan Çin rəqibləri ilə texnologiya markaları vasitəsi ilə də kəşfiyyat müharibələri aparır.

“Huwaei” bu müharibələrin ən vacib aktorlarından biridir. Çin sürətlə dünyanı qloballaşmağa məcbur edən qarşısıalınmaz nəhəngə çevrilir.

Bioloji təhlükələr

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran dünya iqtisadiyyatını və səhiyyə sistemini uçurumun astanasına gətirsə də, əl-Rodxan COVID-19 pandemiyasındakı yeganə əsas məqamın ölümcül patogeni ehtiva edən gələcək bir virusa qarşı daha yaxşı hazırlaşma immuniteti yaratdığını və mövcud imkanları artırdığını bildirib.

O, COVID-19 pandemiyasının izlənilməsində və məlumatların paylaşılmasında dövlətlər arasında açıq əməkdaşlığın olmamasına diqqət çəkərək, kortəbii və ya texnogen şəkildə ortaya çıxası gələcək bir virusun daha təhlükəli olacağını vurğulayıb.

Belə bir virusun mənşəyinin müəyyənləşdirilməsi və yayılmasını önləməyin yalnız bir ölkənin sağlamlığı üçün prioritet olmadığını deyən əl-Rodxan birgə mübarizənin qlobal iqtisadi, siyasi və təhlükəsizlik böhranının qarşısının alınmasında da əhəmiyyətli olduğunu qeyd edib.

Elm adamı başqa bir böyük pandemiyada üz maskaları və ventilyatorlardan daha çox digər cihazlara ehtiyacın yaranacağını, bunları təmin etmək üçün daha yaxşı və daha sürətli milli reaksiyalara və beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu söyləyib.

Kiber təhdidlər

ABŞ-dakı bir çox quruma, xüsusən də Xəzinə, Ticarət və Daxili Təhlükəsizlik Nazirliyinə Rusiyanın arxasında olduğu iddia edilən kiber hücumun əks-səda doğurmasına baxmayaraq, əl-Rodxan gələcək üçün böyük risk yaradan məsələlərdən birinin kiber təhdidlər olduğunu bildirib.

Onun sözlərinə görə, kiber təhdidlər gələcəkdə ciddi maliyyə böhranı, infrastrukturun çökməsi, nüvə və bioloji müəssisələrin fəaliyyətlərinin pozulmasına gətirib çıxara bilər.

Əl-Rodxan kiber hücumların dövlətlər və ya qeyri-dövlət oyunçuları tərəfindən başladıla və bunun ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Kosmik qarşıdurmalar

Əl-Rodxan peyk sayında artımın, özəl sektorun kosmik rəqabətdə iştirakının, dövlətlərin güc siyasətinin, iqtisadi rəqabətin, sülh və regional münaqişələrdə kosmosun kritik əhəmiyyətinin bu sahədə rəqabət və mübahisələri gücləndirdiyini deyib.

Kosmik zibilliyin sürətlə böyüməsi və kosmosun hərbləşdirilməsinin potensial risk və təhdid kimi qəbul olunduğuna qeyd edən əl-Rodxanun sözlərinə görə, son illər dövlət və özəl sektorlar öz suverenliklərini nümayiş etdirməyə və ya kosmik texnologiyalardan mənfəət əldə etmə fürsətlərindən istifadə etməyə çalışdıqları üçün kosmik texnologiyalar və infrastruktur getdikcə mübahisəli məsələlərə çevrilir.

Əl-Rodxan bir çox dövlət tərəfindən “Kosmik Qüvvələr”in və Peyk əleyhinə Silah Sınaqlarının (ASAT) yaradılmasını kosmosun militarizasiyasına dəlil olaraq göstərilə biləcəyini bildirib.

Bəşəriyyətin mülki uçuşlar, cib telefonları, internet, GPS və tele-tibb kimi gündəlik həyatda kosmosdan getdikcə və geridönməz dərəcədə asılı olduğunu vurğulayan elm adamı dövlətlərin də kosmosa bağlı sistemlərdən asılı vəziyyətə düşdüklərini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər