22 Dekabr 2020 15:28
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 116,4 faizinə və ya 2 trilyon 674,3 milyard avroya çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) məlumat yayıb.

Bildirilir ki, cari ilin 3-cü rübündən etibarən dövlət və sosial təminat idarələrinin xəzinəsində artımdan sonra dövlət borcunun artmasında ləngimə qeydə alınıb.

Dövlət borcu iyul-sentyabr aylarında 36,1 milyard avro artıb, halbuki 2020-ci ilin 2-ci rübündə bu rəqəm 200 milyard avro olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər