Rusiya Prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbasa zəng edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlər və koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq müzakirə olunub.
Eyni zamanda, Yaxın Şərq məsələsinin toxunulduğu görüşdə İsrail-Fələstin münaqişəsi ətrafında da fikir mübadiləsi aparılıb.
Putin Rusiyanın Fələstin məsələsinin ədalətli və birdəfəlik həllinə irəlidə dəstək verməyə hazır olduğunu bildirib.
Liderlər fərqli səviyyələrdə görüşlərin davam etdirilməsi ilə bağlı razılaşıb.