23 Dekabr 2020 09:50
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çinin bombardmançı təyyarələri birlikdə Sakit okeanda patrul xidməti həyata keçirib.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada Çin Hava Qüvvələrinə aid bombardmançı təyyarələrlə birgə patrul uçuşu həyata keçirildiyi deyilib.

Nazirlik Rusiyaya məxsus 2 “Tupolev Tu-95” tipli bombardmançı təyyarənin Çin ordusuna aid 4 “Xian H-6K” tipli bombardmançı ilə Yapon və Çin dənizlərinin üzərində patrul xidmətini reallaşdırdığını bildirib.

Uçuşun Rusiya və Çinin hərtərəfli tərəfdaşlığını inkişaf etdirmək və dərinləşdirmək, iki ölkənin orduları arasında əməkdaşlığı artırmaq, birgə hərəkət imkanlarını genişləndirmək və strateji sabitliyi gücləndirmək məqsədi daşıdığı söylənilib.

Nazirlik Asiya-Sakit Okean bölgəsində birgə patrul xidmətinin heç bir ölkəni hədəf almadığını bildirib və bu uçuşun bu il ikinci olduğunu xatırladıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər