Video əlavə olunub:
***
14:22
Dağlıq Qarabağda 30 ildir göz yumulan işğal və yağmalanma düzəninin sona çatmasına töhfə verdik. Minsk qrupu üçlüyü deyilən Amerika, Rusiya, Fransa 30 ildir bu məsələni həll edə bilmədilər.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının baş katibi Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında partiyadaşlarına xitabən deyib.
Türkiyə Prezidenti daha sonra bildirib:
“Azərbaycanlı qardaşlarımızı öz torpaqlarından naçar bir durumda qaçqın vəziyyətinə çevirdilər. Sonda azərbaycanlı qardaşlarımız qərar verdilər, öz göbəklərini özləri kəsdilər və torpaqlarına qovuşdular".
Rəcəb Tayyib Ərdoğan deyib ki, koronavirus səbəbindən sadəcə səhiyyə sahəsində deyil, xarici siyasətdə də ağrılı bir dönəm keçiriblər:
“Şərqi Aralıq dənizindən Liviyaya, Suriyadan Dağlıq Qarabağa uzanan geniş bir coğrafiyada son dərəcə mürəkkəb məsələlərlə üzləşdik. Qarşılaşdığımız təhdidlər nə qədər böyük olsa da qardaşlarımızın qürurunu, ölkəmizin mənfəətini, xalqımızın haqq və hüququnu kimsəyə çeynətmədik. Türkiyənin maraqlarını müdafiə etmək üçün lazım olanda əvəz ödədik, narahatlıq yaşadıq, amma zalımlar qarşısında əsla baş əymədik”.