21 Oktyabr 2014 15:54
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Total Rəhbəri Kristof de Marjeri ilə birlikdə 4 adamın ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı Fransa Moskvaya mütəxəssis göndərir.

Teleqraf.com rus mediasına istinadən xəbər verir ki, rəsmilər təyyarənin qara qutusunun tapılması ilə bağlı açıqlama veriblər. Yayılan məlumatlara görə, qara qutudakı görüntülər qəzada iştirak edən qar təmizləyən maşının sürücüsünün sərxoş olmadığı və sağ qaldığı bildirilir.

Bu arada Beynəlxalq Aviasiya Komitəsinin (IAC) mütəxəssisləri xüsusi təyyarələrin istifadə edildiyi Vnukova-3 hava limanında araşdırmalara başlayıb. Hadisə ilə bağlı texniki məlumatlar toplanır. Yaradılan komissiya radarlar və təhlükəsizlik kameralarından əldə edilən görüntüləri də araşdırır.

Rusiya İstintaq Komissiyasına təyyarənin düşməsi ilə əlaqədar hava şəraiti, pilot heyətinin səhvi, qar təmizləyən maşının sürücüsünün içkili olması və havaya nəzarət mərkəzi əməkdaşlarının istiqamətləndirmələrində buraxdığı səhvlər ehtimalları üzərində işləyirlər.

Samir


Müəllif: