“İrana bir dost tövsiyəsi verim, əgər İraqda bir amerikalı ölsə, bundan İran məsuliyyət daşıyacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp İranın İraqdakı amerikalılara yeni hücumlara hazırlaşdığı barədə məlumatların gəldiyini söyləyib.
Prezident bazar günü ABŞ-ın Bağdaddakı səfirliyinə edilən raket hücumlarına diqqət çəkib: “Təxmin edin, bu raketlər haradan atılıb? İrandan! İraqdakı amerikalılara yeni hücumların təşkil ediləcəyi xəbərlərini eşidirik”.
Tramp səfirliyə atılan səkkiz raketdən üçünün partlamadığını, hücumların uğursuz olduğunu bildirib: “İrana bir dost tövsiyəsi verim, əgər bir amerikalı ölsə, bundan İran məsuliyyət daşıyacaq”.