21 Oktyabr 2014 20:34
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Suriya hökumətinin 12 yeni nazirinin adını yeni sanksiyalar siyahısına əlavə edib.

Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bu barədə AB-nin rəsmi qəzetində məlumat çap olunub.

Məlumatda avqustun 28-də Suriya prezidenti Bəşər Əsəd tərəfindən təşkil olunan yeni hökumətin üzvlərinin dinc əhaliyə zor tətbiq edərək təzyiq siyasətini yeritdiklərinə üçün mal varlıqları dondurulması və Avropaya səfərlərinin qadağan olunması bildirilir.

Nazirlərdən əlavə Əsəd rejimini neftlə təmin edən “Pangates İnternational” və “Abdulkarim Group” adlı şirkətlərin və “Tri-Ocean” və “OPT” adlı müəssisələrin yüksək səviyyəli rəhbərlərinin adları da sanksiyalar paketinə daxil edilib.

Bununla da Əsəd rejiminə qarşı sanksiyaları çərçivəsində bu günə qədər mal varlıqları dondurulan rəsmilərin sayı 211-ə, çirkətlərin sayı isə 63-ə çatıb.

Samir


Müəllif:

Oxşar xəbərlər