Rusiya Mərkəzi Elmi Tədqiqat Mühəndislik İnstitutu (“TsNİİtoçmaş”) SSRİ-nin dağılmasından sonra Arktikada səhralarda və digər ekstremal şəraitdə silahların sınanması üçün bağlanmış xüsusi bir laboratoriyanın işini bərpa edib.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, “TsNİİtoçmaş” poliqonunda mənfi 60-dan müsbət 60 dərəcə temperatura qədər çətin hava şərtlərində atıcı silahların, xüsusi qumbaraatanların və kiçikçaplı topların atəş sınaqları üçün nəzərdə tutulmuş laboratoriya binasının sınaq kameralarının sertifikatlaşdırılması başa çatdırılıb.
1990-cı illərin əvvəllərindən etibarən sınaq bazasının saxlanılması maliyyələşdirilməyib. Nəticədə laboratoriya yararsız vəziyyətə düşüb və avadanlıq köhnəlib.
Elmi-texniki mərkəzin rəhbəri Sergey Karasev mütəxəssislərin köhnəlmiş unikal sınaq texnologiyasını bərpa etməyi bacardıqlarını söyləyib.