25 Dekabr 2020 10:30
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiya Regional Rəhbərliyinin Baş naziri Nikola Sterdcen Böyük Britaniya və Avropa Birliyi (AB) arasında əldə edilən ticarət razılaşmasının Breksit məhrumiyyətlərini kompensasiya edə bilməyəcəyini bildirərək, müstəqilliyə çağırış edib.

Teleqraf.com xəbər verir ki, baş nazir sözügedən anlaşmanın Şotlandiyaya zərər verdiyini bildirib.

Breksitin Şotlandiya xalqının iradəsinə zidd olduğunu qeyd edən Sterdcen vurğulayıb: “Breksitin bizdən aldığı şeylərin əvəzini ödəmək üçün heç bir anlaşma yoxdur. Müstəqil bir Avropa ölkəsi olaraq öz gələcəyimizin xəritəsini çəkməyin vaxtı gəldi”.

Uels Regional Rəhbərliyinin Baş naziri Mark Drakford da BBC-yə verdiyi açıqlamada AB ilə əldə edilən ticarət anlaşmasının Uels xalqına vəd edilən bir şey olmadığını söyləyib.

Razılığın zəif olduğunu və bəzi müsbət dəyişikliklərə ehtiyac ola biləcəyini söyləyən Drakford deyib: “Uels xalqı fərqliliklər görəcək. Avropaya səyahət əvvəlki kimi asan olmayacaq. Uelsli tələbələr Avropadakı universitetlərə girə bilməyəcəklər”.

Şimali İrlandiya Regional Hökumətinin Baş naziri Arlen Foster də anlaşmaya etiraz edib: “Əlbəttə, həm ticarət razılaşmasının təfərrüatlarını, həm də Şimali İrlandiya üçün əhəmiyyətli olacaq təhlükəsizlik məsələlərini araşdıracağıq”.

İngiltərə, Uels, Şimali İrlandiya və Şotlandiyadan ibarət olan Birləşmiş Krallıqda Breksit qərarı 2016-cı ilin iyun ayında keçirilmiş referendumla verilib. Referendumda İngiltərə və Uels “bəli”, Şotlandiya və Şimali İrlandiya isə “xeyr” səsi veriblər.

Yanvarın 31-də AB-dən rəsmi olaraq çıxan İngiltərə qurumla ikitərəfli münasibətlər, xüsusən ticarət mövzusunda geniş danışıqlar aparırdı. Gərgin danışıqlardan sonra əldə olunan razılaşma ilə ayrılma prosesi başa çatıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər