25 Dekabr 2020 12:04
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi general Mark Millinin Təl-Əvivə son səfərindən istifadə edərək ABŞ-ın yeni Prezidenti Co Baydenə İran və digər regional gəlişmələrlə bağlı bir neçə mesaj göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” nəşri İsrailin yüksək vəzifəli şəxslərinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilib ki, İsrail yeni seçilmiş Prezident Baydenin İran planları və 2015-ci il nüvə anlaşması ilə əlaqədar narahatdır, lakin yeni rəhbərliklə hələ birbaşa əlaqə qurmayıb. Qeyd edilib ki, Milli Baydenin vəzifəsinə başladıqdan sonra öz postunda qalması gözlənilən Ağ Ev üçün potensial bir körpüdür.

Qəzet israilli rəsmi şəxsə istinadən qeyd edir: “Biz İrana dair mövqeyimizi Bayden vəzifəyə gələndə öz postunda qalacaq və əhəmiyyətli rol alacaq birisi vasitəsilə yeni prezidentə çatdırmaq istədik”.

Milli ötən həftə bir neçə ərəb ölkəsinə səfər etdikdən sonra İsrailə gəlib. Bu, onun bu il bölgəyə üçüncü səfəri olub, bunun İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlindən sonra yaranan gərginliklə əlaqədar olduğu iddia edilib.

Milli Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Benni Qantz və İsrail Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Aviv Koçavi ilə görüşüb.

İddiaya görə, İsrail rəsmilərinin qərargah rəisi vasitəsilə əsas mesajı, Baydenin 2015-ci il müqaviləsinə tələsməməsi və bunun əvəzində İranın zəif vəziyyətdə olmasından istifadə etməsi ilə bağlıdır. İsrail rəsmiləri hesab edirlər ki, Badenin ABŞ-ın “maksimum təzyiq” və sanksiya yolu ilə topladığı təsir gücündən istifadə edərək, İranla daha yaxşı bir razılığa gəlmək mümkündür:

“Bu gün İranla danışıqların başlanğıc nöqtəsinin ABŞ üçün 2013-cü ilə nisbətən daha yaxşı olduğunu vurğuladıq. İndi ən yaxşı anlaşmanı əldə etmək üçün sərt olmalısan”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər