ABŞ-ın Kolumbus şəhərində polis silahsız qaradərilini güllələyib.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, polis avtomobil qarajından mühərrik səsi gəldiyini bildirən qonşulardan biri tərəfindən çağrılıb. Polis hadisə yerinə gələndə qarajlardan birinin girişinin açıq olduğunu görüb.
Qarajdan qaradərili kişi çıxaraq polisin yanına gəlib. Bundan sonra polis bir neçə metr geri çəkilib və atəş açıb. Kişi yerindəcə ölüb.
Polis araşdırma müddətində müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
47 yaşlı Andre Moris Hillin qətlə yetrildiyi yerdə şəhər sakinləri etiraz aksiyası keçiriblər.