Seneqalda Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanı “İlin adamı” seçən Jamra adlı qeyri-hökumət təşkilatı (QHT) rəhbərinin müavini Mame Maktar Geye ilk dəfə ölkəsindən kənarda bir şəxsi seçdiklərini deyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Anadolu” agentliyinə açıqlamasında danışıb.
“Bu günə qədər yalnız bu cəmiyyətə faydalı olan seneqallı şəxsləri seçmişik, lakin bu il beynəlxalq bir şey etmək istədik. Yalnız Seneqala deyil, bütün bəşəriyyətə kimlərin fayda verə biləcəyini düşünərkən 4 ad müəyyən etdik. Digər 3 adı çəkmirəm, amma hamının ortaq qərarı Ərdoğan idi. Bir dəfə Seneqaldan kənarda bir ad seçdik. 30 nəfər idik, hətta 1 nəfər də etiraz etmədik. Dünyada Ərdoğandan başqa İslamı bu qədər açıq şəkildə müdafiə edən bir lider olmadığını gördük”.
Ərdoğanı Həzrəti Məhəmmədin təhqir olunduğu karikatura gərginliyindəki cəsarəti, dünyanın hər yerindəki İslamofobiyaya qarşı münasibəti və təzyiq olunan cəmiyyətlərə verdiyi dəstək sayəsində “İlin adamı” seçdik”.
O, Türkiyə liderinin ölkəsinə fransalı müstəmləkəçilər kimi davranmadığını söyləyib: “Ərdoğan köhnə müstəmləkələr kimi “bizsiz bir şey edə bilməzsiniz” fikri ilə deyil, İslamın özünə uyğun olaraq bizimlə bərabərlik əsaslı bir əlaqə qurdu”.
Geye Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronun İslamı hədəf alan sözlərinə səssiz qalmadığına diqqət çəkib: “Ərdoğan bir daha mübarizəni öz üzərinə götürdü. Fransız məhsullarını boykot etməyə çağırdı”.