26 Dekabr 2020 08:05
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə çoxprofilli kompleks missiyasının (MINUSCA) sülhməramlıları hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik adından yayılan bəyanatda bildirilib.

Qeyd olunub ki, Baş katib (BMT baş katibi Antoniu Quterriş - Red) bu gün naməlum yaraqlıların Mərkəzi Afrikanın milli müdafiə və təhlükəsizlik qüvvələrinə, eyni zamanda BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə çoxprofilli kompleks missiyasının sülhməramlılarına Dekoa və Bakumdə edilən hücumları qətiyyətlə pisləyir.

Bildirilib ki, Dekoada Burundidən olan üç sülhməramlı öldürülüb, ikisi yaralanıb.

Baş katib, ölkə rəhbərliyini bu hücumları araşdırmağa və günahkarları dərhal məsuliyyətə cəlb etməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər