BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə çoxprofilli kompleks missiyasının (MINUSCA) sülhməramlıları hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. BMT Baş katibinin mətbuat xidməti sülhməramlılar Dekoa, Kemo və Bakumedə hücum edilməsini pisləyib.
BMT baş katibi Cənubi Afrika Respublikası səlahiyyətlilərini hücumu araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 2014-cü ilin 10 aprelində BMT sülhməramlı əməliyyatının yerləşirilməsinə icazə verib. Missiyanın məqsədi mülki insanları qorumaqdır.