5 May 2014 00:12
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup amerikalı senator ABŞ-ın Ukraynaya 100 milyon dollar dəyərində hərbi yardım etməsi ilə bağlı qanun hazırlayır.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə ABŞ-dan olan senator Con Makkeyn İnter telekanalının efirində bildirib.

Onun sözlərinə görə, söhbət heç də yalnız maliyyə yardımından getmir.

"Biz Ukraynaya Rusiyanın hərbi müdaxiləsinə qarşı dayanmaq üçün vasitələr vermək istəyirik. Bununla Putini başa salmaq istəyirik ki, Ukraynanın şərqi və ya cənubuna hərbi müdaxilənin bədəli ağır olacaq", - senator vurğulayıb.

Makkeyn deyib ki, qanunun qəbulu uzana bilər, bu halda "zaman əleyhimizə işləyəcək": "Obamanı inandırmağa çalışırıq ki, Ukraynaya hərbi yardımı tez göndərmək lazımdır".

Nihad


Müəllif: