27 Dekabr 2020 15:56
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran yaxınlığında dağda baş vermiş qar uçqunu nəticəsində 10-dan çox insan həlak olub.

Teleqraf.com xəbər verir ki, xilasedicilər ölənlərin sayının artacağını istisna etmirlər.

Bu saata qədər dağlıq ərazidə 11 cəsəd tapılıb, daha bir nəfər isə xəstəxanada ölüb.

Qeyd edək ki, son günlər İranda hava şəraiti pisləşib. Çovğun daha da güclənib, güclü külək əsir və qar yağır.


Müəllif: Teleqraf.com