27 Dekabr 2020 17:55
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ağır hücum pilotsuz uçuş aparatı olan “Oxotnik”in 2021-ci il təlimlərində ilk dəfə hava hədəflərinə qarşı silah istifadə edəcəyi bildirilib.

Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya təyyarə sənayesinə aid mənbə “Sputnik Türkiye”yə danışıb.

Mənbə qeyd edib ki, “havadan yerə” silahlarla da sınaqdan keçiriləcək “Oxotnik” uzunmənzilli pilotsuz uçuş aparatı kimi istifadə edilə bilən tam hüquqlu və çoxfunksiyalı PUA halına gələcək.

“Oxotnik”in ilk uçuşu 2019-cu ilin avqust ayının əvvəlində reallaşıb və təxminən 20 dəqiqə davam edib. Bir mühərrikli 20 tonluq döyüş maşını ilk sınaq uçuşunda uğurla eniş edərək, 600 metr hündürlükdə bir neçə dövrə vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər