ABŞ-ın Kobaniyə etdiyi silah yardımları kifayət deyil.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu Kobani şəhər rəsmisi İdris Nassan bildirib. Onun sözlərinə görə, şəhərin qorunması üçün daha çox zirehli texnikaya ehtiyac var.
Nassan həmçinin “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının hər gün yeni silah və sursat əldə etdiyini qeyd edib. Amma buna baxmayaraq, kürd qüvvələrinin müqavimətinin hələ də güclü olduğunu bildirən Nassan Kobanini azad etmək üçün əlavə yardım istəyib.
Şəhər rəsmisi Kobanidə minlərlə vətəndaşın qaldığını qeyd edib: “Onların bəziləri sona qədər Kobanidə qalmağı seçib. Qalanları isə Türkiyənin çox bahalı yer olduğunu və orada yaşaya bilməyəcəklərini biildirirlər”.
Samir