27 Dekabr 2020 19:19
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 24 saat ərzində Pakistanda COVID-19-a 1853 yeni yoluxma faktı qeydə alınıb. Bununla da infeksiya dövründə xəstələrin sayı 471 min 335 olub.

Teleqraf.com xəbər verir ki, son sutkada COVID-19-dan 64 xəstə ölüb, dünyasını dəyişənlərin sayı 9 min 874-ə çatıb. Bildirilir ki, xəstəxanalarda 39 min 329 pasiyent var, onların 2 min 282-si kritik vəziyyətdədir.

Pandemiya dövründə 422 min 132 xəstə evə buraxılıb. Qeyd olunur ki, bu günədək ölkədə 6 milyon 557 min 112 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər