Misirdə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər ölüb, 6 nəfər yaralanıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Ahl Masr” nəşri qəzanın baş verdiyi Asuan əyalətinin rəhbəri Əşrəf Attiyanın açıqlamasına istinadən xəbər verib.
Bildirilir ki, insanlarla dolu mikroavtobus Qahirəyə gedən Kom-Ombo ərazisindəki yolda yük maşını ilə toqquşub.
Yol qəzasının səbəbi hələ açıqlanmır.