28 Dekabr 2020 08:25
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya xaricilər üçün ölkəyə girişi qadağan edəcək və bütün ölkələrin vətəndaşlarına yeni viza verilməsini dayandıracaq.

Teleqraf.com xəbər verir ki, qadağalar ən azı gələn ilin yanvar ayının sonunadək qüvvədə qalacaq. Beləliklə, Yaponiyaya yalnız burada daimi yaşayan, uzunmüddətli vizaları olan şəxslər və ölkə vətəndaşları daxil ola biləcəklər.

Əgər hər hansı bir şəxs koronavirusun yeni növünün aşkar edildiyi ölkədən gəlirsə, mütləq mənfi test nəticəsini göstərməlidir. Bununla belə, hava limanı ərazisində də yenidən virusla bağlı test götürüləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər