28 Dekabr 2020 10:39
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Konqresin təsdiqlədiyi 900 milyard dollarlıq iqtisadi dəstək paketi və 1.4 trilyon dollarlıq büdcə qanun layihəsini imzalayıb.

Teleqraf.com xəbər verir ki, Konqresin təsdiqindən sonra COVID-19 pandemiyası ilə mübarizəni nəzərdə tutan dəstək paketindəki 600 dollarlıq nağd yardımı “rüsvayçılıq” adlandıran Tramp bu rəqəmin 2000 dollara qədər artırmaq da daxil olmaqla bəzi dəyişikliklərin edilməsini istəyib və dəstək paketini imzalayıb.

ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvləri Trampın çağırışına baxmayaraq, Demokratların dəstək paketinə daxil olan 600 dollarlıq nağd pulu 2000 dollara qaldırmaq səylərini Trampın çağırışlarına da rəğmən rədd ediblər.

İqtisadi qanun layihəsinin imzalanmasından sonra 2019-cu ildə illik gəliri 75 min dollar və daha aşağı olanlara 600 dollar birbaşa nağd yardım veriləcək.

Yardım paketi çərçivəsində həftəlik işsizlik maaşlarının verilməsinə davam ediləcək, kirayə pulunu ödəyə bilməyənlər 2021-ci ilin yanvar ayına qədər evlərindən çıxarılmayacaq, kiçik müəssisələr, hava yolları və fermerlərə dəstək veriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər