İngiltərənin Ticarət Nazirliyi, sabah Türkiyə ilə sərbəst ticarət müqaviləsinin imzalanacağını bildirib.
Teleqraf.com xəbər verir ki, nazirlikdən verilən açıqlamada İngiltərənin Avropa Birliyi (AB) ilə bu gün əldə edilən razılaşmadan sonra Türkiyə ilə ilk sərbəst ticarət müqaviləsininin imzalanacağı deyilib.
İngiltərənin ticarət Naziri Liz Truss imzalanacaq anlaşma ilə iki ölkə arasındakı mövcud ticarət əlaqələrini qorumağı və genişləndirməyi hədəflədiklərini söyləyib.
Truss avtomobil, istehsal və polad sənayelərini əhatə edəcək razılaşmanın minlərlə insana etibarlı məşğulluq təmin edəcəyini vurğulayıb: “Yaxın gələcəkdə Türkiyə ilə daha böyük və özünəməxsus müqavilə imzalamaq üçün çalışırıq”.
Hazırda iki ölkə arasındakı ticarət həcmi 19 milyard sterlinq civarındadır.