Koronavirusun mutasiyası gələcəkdə də davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove deyib.
Ekspert bildirib: "Mutasiya davam edəcək. Mutasiya - təbii prosesdir. Virusun özünə xüsusi olaraq təsir etmir, ancaq bu variantları, o cümlədən yoluxdurma potensialı nöqteyi-nəzərindən araşdırmağa davam etməliyik".
Onun sözlərinə görə, ÜST vəziyyəti yaxından izləməyə və dünyadakı mutasiyaları izləyən alimlərlə işləməyə davam edir. Təşkilatın koronavirusun yeni variantlarını öyrənən mütəxəssis qrupları var: "Onların işlərinin nəticələri yaxın günlərdə və həftələrdə alınacaq".