21 Oktyabr 2014 23:08
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikası əvvəl saxlanılan 3 ABŞ vətəndaşlarından birini azadlığa buraxıb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, 56 yaşlı Ceffri Foul bu ilin mayında qeyr-qanuni hərəkətlərə görə həbs edilmişdi.

ABŞ KİV-ləri onun missioner fəaliyyəti ilə məşğul olduğu, Şimalı Koreyanın Çonqcin şəhərinin dəniz klubunda İncili qoyub getdiyini vurğulayırlar.

“Bu müsbət qərardır. Biz Şimalı Koreyanı Kennet Be və Metyu Milleri də sərbəst buraxmağa çağırırıq” - deyə, ABŞ administrasiyasının nümayəndəsi Coş Ernest bildirib.


Müəllif:

Oxşar xəbərlər