Soçi şəhərində keçirilən Yüksək Səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, iclas başa çatdıqdan sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Əvvəlcə çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, beynəlxalq məsələlər müzakirə olunarkən prioritet diqqət Dağlıq Qarabağ mövzusuna yönəldilib:
“Münaqişə iştirakçısı olan ölkələrin üçtərəfli razılaşma üzrə öz öhdəliklərini yerinə yetirməsi istiqamətində Ankaranın çalışmalarını, həmçinin, Atəşkəsə Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılması istiqamətində fəaliyyətini salamlayırıq. Bu mərkəz Rusiya və Türkiyə prezidentlərinin razılaşmasının nəticəsi olaraq yaradılacaq. Hazırda onun aktiv yerləşdirilməsi prosesi aparılır”.