22 Oktyabr 2014 00:16
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların dərhal aradan qaldırılmasına gətirib çıxarmayacaq.

Teleqraf.com-un məlumatına görə, İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernest bəyan edib.

“Hələ ki, razılıq əldə edilməyib, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İran ilə danışıqları davam etdirir. Razılaşma baş tutsa belə, onun şərtlərinin icra edilməsi və yoxlanılması üçün vaxt tələb olunacaq. İranın razılaşmaya əməl etməsi təsdiqləndiyi halda, ABŞ sanksiyaları ləğv edə bilər”, deyə Ernest bildirib.


Müəllif:

Oxşar xəbərlər