29 Dekabr 2020 22:39
5 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba İranın ədalətdən qaçmasına imkan verməyəcəklərini söyləyib.

Teleqraf.com xəbər verir ki, nazir Tehranda Ukrayna Hava Yollarına məxsus təyyarəsinin vurulması ilə bağlı açıqlama verib.

Kuleba İranın sərt dialoq tərəfdarı olduğunu, ancaq Ukraynanın da belə olduğunu bildirib.

Təyyarənin vurulması ilə bağlı aparılan danışıqlarda İranın ədalətdən qaçmasına imkan verməyəcəklərini söyləyən Kuleba ədalətin qaçılmaz olduğunu, ancaq bunun vaxt aparacağını qeyd edib.

Bu hadisədə ölkəsinin tək olmadığını deyən nazir vurğulayıb: “Qəzadan təsirlənən ölkələrlə əməkdaşlığımız var. Onlarla eyni mövqedən çıxış edirik”.

Ukrayna Hava Yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Kiyevə getmək üçün Tehran İmam Xomeyni Hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb və təyyarədəki 176 nəfərdən heç biri sağ qalmayıb.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna təyyarəsinin “həssas hərbi nöqtə”nin üzərindən keçərkən yanlışlıq nəticəsində hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raketlə vurulduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər