22 Oktyabr 2014 00:49
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Moskva Almaniya Federal Kəşfiyyatının hesabatının həqiqəti əks etdirmədiyini bildirib.

Teleqraf.com "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə danışan RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaş AFR-nin hesabatından təəccübləndiklərini gizlətməyib.

Rusiya tərəfi Almaniya kəşfiyyatının Ukraynanın şərqində Donetskdə qəzaya uğrayan sərnişin təyyarəsinin bütün məsuliyyətini rəsmi Kiyevin daşıdığını qeyd edib.

Lukaş Rusiya Müdafiə Nazirliyinin qəza ilə bağlı komissiya yaratdığını və araşdırmanın bütün detallarının Haaqa məhkəməsinə təhvil verildiyini vurğulayıb. Həmçinin qeyd edilib ki, Ukrayna tərəfi qəzadan dərhal sonra məlumatlar və şəkilləri saxtalaşdıraraq efirə vermişdi.

Xatırladaq ki, bu ilin iyul ayında Donetskdə vurulan təyyarədə 298 sərnişin və ekipaj heyətinin hamısı həyatını itirmişdi.


Müəllif:

Oxşar xəbərlər