22 Oktyabr 2014 01:35
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vilnüsdə keçirilən bütün rəsmi tədbirlərdə, o cümlədən məktəb bayramlarında da Litvanın himni ilə yanaşı, Avropa İttifaqının himni də səslənəcək. Bu qayda özünüidarə administrasiyası direktorunun oktyabrın 21-dən qüvvəyə minən əmrində nəzərdə tutulub.

Teleqraf.com-un məlumatına görə, Vilnüs Avropa İttifaqında rəsmi tədbirlərdə və bayramlarda hər iki himnin səslənəcəyi ilk şəhər olacaq. Bu ideyanın müəllifi Vilnüsün meri Arturas Zuokasdır. Mer bildirib ki, belə bir qərarın qəbul edilməsində məqsəd biz unikal iqtisadi və siyasi birliyin tərkib hissəsi olmağımızı xatırlatmaq, habelə musiqinin universal dilinin köməyi ilə azadlıq, sülh və həmrəylik ideallarını vəsf etməkdir.

1972-ci ildə Avropa Şurası Lüdviq Van Bethovenin “Təntənəli oda” əsərini özünün himni kimi seçib. 1985-ci ildə Avropa İttifaqının üzvü olan ölkələrin dövlət və hökumət rəhbərləri də bu əsəri rəsmi himn kimi təsdiq ediblər.


Müəllif:

Oxşar xəbərlər