ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi Küveyt, Səudiyyə Ərəbistanı və Misirə 4 milyard 859 milyon 500 min dollarlıq silah satışına dair sənədi təsdiqləmək üçün Konqresə təqdim edib.
Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamenti sözügedən ölkələrə silah satışının həyata keçirilməsinə icazə verib.
Anlaşma çərçivəsində Küveytə 4 milyard 400 milyon dollar dəyərində hücum helikopterləri və “Patriot” hava müdafiə sistemlərinin ehtiyat hissələri satılacaq.
Səudiyyə Ərəbistanına 290 milyon dollar dəyərində raket sursatı, 169.6 milyon dollar dəyərində infraqırmızı hücum sistemləri və prezident təyyarəsi üçün Misirə inkişaf etmiş təhlükəsizlik sistemləri veriləcək.